Bakıda avtomobil ər və arvadı vurub

Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, avtomobil 1933-cü il təvəllüdlü Əliyev Əli Qadın oğlu və onun həyat yoldaşı 1944-cü il təvəllüdlü Əliyeva Mina Saleh qızı yolu keçərkən vurub. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ə.Əliyevə döş qəfəsinin küt travması, M.Əliyevaya isə sağ qasıq sümüyünün sınığı diaqnozu qoyulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *