Bakıda vətəndaşın bank hesabından pul çıxaran şəxsləri saxlayıblar

Median.Az xəbər verir ki, Xəzər RPİ 3-cü polis bölməsinə müraciət edən Binə qəsəbə sakini E.Qənbərov, oktyabrın 9-da qəsəbə ərazisində 2 nəfərin onu aldadaraq bank hesabından 200 manat pulunu çıxarmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar – qəsəbə sakini T.Əliyev və Ucar rayon sakini S.Hüseynov saxlanılıblar.

Faktla bağlı CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *