Bakıda universitet müəlliminin velosipedi oğurlandı

Bakıda universitet müəlliminin velosipedi oğurlanıb.

Median.Az-ın apa-ya istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu Z.Əhmədbəyov küçəsində qeydə alınıb. Moskva Dövlət Universitetinin Bakı filialının müəllimi, Rusiya vətəndaşı, 1965-ci il təvəllüdlü Yuriy Şirkova məxsus 800 manat dəyərində velosiped naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *