Sumqayıtda piyadanı öldürüb, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, oktyabrın 12-i saat 20 radələrində H.Z.Tağıyev qəsəbəsində, müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Ramin Hüseynov vurulub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “Mitsubishi” markalı avtomobilin sürücüsü, şəhər sakini S.Dadaşov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *