Azərbaycanda polis generalı təqaüdə göndərildi

Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı təqaüdə göndərildi.

Median.Az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərildi.

Onun yerinə hələlik təyinat yoxdur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *