Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu “20 Yanvar metrostansiyası” yaxınlığında qeydə alınıb.

Belə ki, “90-JM-358” dövlət nişanlı 18 saylı sərnişin avtobusu “90-AN-286” dövlət nömrə nişanlı “Lifan” markalı maşınla toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almasa da, hər iki avtomobilə ziyan dəyib.

Qəza ilə əlaqədar yolda böyük tıxac yaranıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *