Bakıda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən uzaqlaşıb

Bakının Sabunçu rayonunda piyadanı avtomobil vurub.

Median.Az-ın APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, İmam Rza məscidinin yaxınlığında baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Allahverdiyev Emin Şəmsi oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub. Sürücü hadisə yerindən yayınıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *