Gəncədə beş yaşlı qız qızdırmadan öldü

Gəncə şəhərində uşaq qızdırmadan ölüb.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü Abdullayeva Zəhra Ramiz qızı qızdırma diaqnozu ilə Gəncə Yoluxucu Xəstəliklər Xəstəxanasına çatdırılıb.

Xəstəxananın baş həkimi İradə Dəmirova Oxu.Az-a açıqlamasında bildirir ki, uşaq xəstəxanayana gətiriləndə artıq ölmüşdü:

“Xəstəyə Nurəngiz həkim baxıb. Həkim uşağın öldüyünü görərək, polisə məlumat verib. Uşaq bizə Gəncə Dəmiryol Xəstəxanasından gətirilib”.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *