Tovuzda avtomobil piyadanı vuraraq öldürüb – YENİLƏNİB

Tovuzda avtomobil vurması nəticəsində həyatını itirən piyadanın şəxsiyyəti məlum olub.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, bu, 1963-cü il təvəllüdlü Səmədov Cəfərqulu Məmmədəli oğludur.

Onu Tovuzun Əlibəyli kəndində “VAZ 2106” markalı minik maşını vurub.

***

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Yolu keçmək istəyən kişini avtomobil vurub. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *