Bakıda kişi tanışının boğazını kəsdi

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Rayon sakini Şəfiyev Bəylər Xanlar oğlu boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə Kliniki Tibbi Mərkəzə daxil olub. O, ilkin olaraq yıxılaraq xəsarət aldığını bildirib.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində B.Şəfiyevin yalan dediyi məlum olub. Müəyyən edilib ki, B.Şəfiyevi İsmayıl adlı tanışı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *