Bakıda 31 yaşlı kişi bıçaqlanıb

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Favorit” marketin yaxınlığında mübahisə zəmnində 1988-ci il təvəllüdlü Səfərov Elgün Rafiq oğlu bıçaqlanıb.

Qarın nahiyəsindən 3 bıçaq alan yaralı E.Səfərov xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *