Bakıda mağazadan 8000 manat oğurlayan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, oktyabrın 22-də Binəqədi RPİ 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini N.Şəmirov, bu il sentyabrın 4-dən 25-dək olan müddətdə işlədiyi mağazadan 8000 manat pulunun oğurlanmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindən oğurluğu törədən Yevlax rayon sakini T.Ağazadə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *