Elza tənqidlərə dözməyib, anasının evini təmir etdirdi – FOTO

Əməkdar artist Elza Seyidcahan anasının evinin təmirsiz halından söz açıb.

Median.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni ünvanına deyilən tənqidlərə cavab verib. O bildirib ki, anasının evini təmir etdirir:

“Bu yaxınlarda verilişlərdən birində anamın evinə baxdılar və inanmadılar ki, Əməkdar artistin belə mənzili olsun. Qısa zamanda bu evdən əsər qalmayacaq. Artıq təmir işlərinə başladılar”.

Qeyd edək ki, “Ulduzlu yayım” verilişində E.Seyidcahanın anasının təmirsiz evi nümayiş olunmuşdu. Sosial şəbəkədə paylaşılan görüntüdə sənətçini anasının evini təmir etdirmədiyi üçün tənqid atəşinə tutmuşdular.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *