Bakıda orta yaşlı kişi bıçaqlanaraq ağır xəsarət alıb

Bakının Yasamal rayonunda bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Ə.Əhmədov küçəsi 31 A ünvanında, “Günəş Petrol”un yaxınlığında baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Qasımov İsa İsmayıl oğlu naməlum şəxs tərəfindən mübahisə zəminində bıçaqlanıb.

O, döş qəfəsinin sol yarısının kəsilmiş, deşilmiş yaraları ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *