Yasamalda piyadanı vurub, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, oktyabrın 27-i saat 22 radələrində A.M.Şərifzadə küçəsində, müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini E.Əşrəfzadə vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti və Yasamal RPİ 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “Runna” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Əlpənahov saxlanılıb.

Araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *