Üç rayonun qaz təchizatında fasilələr olacaq

Ağdaş, Cəlilabad və Göyçayın təbii qaz təchizatında fasilələr olacaq.

Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Oktyabrın 30-da qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi, yeni tikilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və sair işlərlə bağlı saat 09:00-dan işlər başa çatanadək Ağdaş, Cəlilabad və Göyçay rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.//azvision.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *