Şəkidə ana qızı ilə birlikdə yoxa çıxdı

Şəki rayonunda ana qızı ilə birgə itkin düşüb.

Hadisə Böyük Dəhnə kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyeva Fatma Əliş qızı oktyabrın 26-da, saat 10 radələrində 2011-ci il təvəllüdlü qızı Allahverdiyeva Arzu Bəhruz qızı ilə birlikdə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı polisə F.Allahverdiyevanın anası müraciət edib.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *