Nərimanov və Nizami rayonlarında avtooğrular tutulub

Median.Az xəbər verir ki, Nərimanov RPİ 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən bu il avqustun 21-də rayon ərazisində “Hyundai” markalı avtomobildən, içərisində 400 manat, 800 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd mobil telefon olan çantasını oğurlayan Bakı şəhər sakini R.Zalov saxlanılıb.

Bundan başqa, Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da rayon ərazisində 2 avtomobildən pul, səsgücləndiricilər və akkumulyator oğurlayan İsmayıllı rayon sakini E.Balayev saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *