Hacıqabulda 20 yaşlı gəncin meyiti tapıldı

Hacıqabul şəhərində kişi meyiti aşkarlanıb.

Hadisə rayonun Molla Pənah Vaqif küçəsində qeydə alınıb.

Rayon sakini, 1999-cu il təvəllüdlü İsmayılov Amid Azad oğlunun meyiti küçədə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *