Kollecdə tələbə yoldaşını öldürən şəxsin məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Cümşüd Balabəyovun CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Median.Az xəbər verir ki, mayın 14-də Nərimanov rayonunda yerləşən Bakı İdarəetmə ve Texnologiya Kollecininin 2-ci kurs tələbələri Qalib Əsgərzadə və Cümşüd Balabəyov arasında şəxsi münasibətlərin aydınlaşdırlması zəmnində dava baş verib. Dava zamanı Q.Əsgərzadə (2001-сi il təv.) yıxılaraq başından xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Həmin gün C.Balabəyov Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, rayon prokruroluğunda fakta görə cinayət işi başlanılıb.

Yaxən günlərdə cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *