“Twitter” siyasi reklama qadağa qoydu

“Twitter” öz platforması əsasında bütün siyasi reklamların yerləşdirilməsinə qadağa haqqında qərar qəbul edib.

Bunu öz akauntunda sosial şəbəkənin yaradıcısı Cek Dorsi bəyan edib.

“Biz “Twitter”də dünya üzrə bütün siyasi reklamları dayandırmaq barədə qərar qəbul etdik”, – deyə Dorsi qeyd edib.

Dorsinin sözlərinə görə, siyasətçilər öz tərəfdaşlarını almalı deyil, qazanmalıdır.

Məhdudiyyətlər 22 noyabrdan tətbiq ediləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *