Paytaxtda marşrut avtobusu piyadanı vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə “Sədərək” ticarət mərkəzi yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Sərraf Asif idarə etdyi “DAEWOO” markalı, 10 TE 234 dövlət nömrə nişanlı 124 saylı xətt avtobusu ilə yolu keçən, 1996-cı il təvəllüdlü Amar Tağıyevi vurub. A.Tağıyev xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *