Cəlilabadda 21 yaşlı gənci avtomobil vurub

Cəlilabad rayonunda 21 yaşlı piyadanı avtomobil vurub.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Abbasov Həsənqulu İntiqam oğlunu yolu keçərkən avtomobil vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *