Qazaxda ana və 2 yaşlı qızı yanıq xəsarətləri alıb

Qazaxda ana və övladı üzərlərinə qaynar suyun tökülməsi nəticəsində yanıq xəsarətləri alıblar.

Median.Az-ın report-a istinadən məlumatına görə, Qazax şəhərində yaşayan, 26 yaşlı M.Kərimova və onun qucağında olan 2 yaşlı qızının üzərinə qaynar su tökülüb. Ehtiyatsızlıqdan yanıq xəsarətləri alan hər iki şəxs xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *