Taksi sürücüsü idarəetməni itirərək avtomobili səkiyə çırpıb

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər yaralanıb. Hadisə Pirşağı qəsəbəsində baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan 1998-ci il təvəllüdlü Vəliyev Maqsud Murad oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb.

Qəza zamanı sürücü M.Vəliyev və avtomobildə olan sərnişin – 25 yaşlı Məmmədova Fərqanə Mais qızı xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. M.Vəliyevə döş qəfəsinin əziyi, F.Məmmədovaya isə sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *