Goranboyda yol qəzası baş verib, ölən və yaralanan var

Goranboy rayonunda yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Goranboy-Naftalan avtomobil yolunda qeydə alınıb.

Belə ki, “VAZ-21011” markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində Yevlax rayon sakini, 1965-ci il təvəllüdlü Arzu Vəli oğlu Məmmədov hadisə yerində ölüb, Goranboy rayonunun Nərimanlı kənd sakini, 1983-cü il təvəllüdlü Abbasov Arzu Qabil oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *