Bakı-Quba yolunda 2 maşın toqquşub, 4 nəfər ölüb – FOTO

Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə magistral yolun 75-ci km-də qeydə alınıb. “Mercedes” markalı maşınla “Lada Kalina” markalı nəqliyyat vasitəsi toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *