Bakıda 14 yaşlı qız yoxa çıxdı

Bakıda polislər üç gündür itkin düşən 14 yaşlı qızı axtarır.

Hadisə oktyabrın 31-i, saat 15:00 radələrində baş verib.

Belə ki, Binəqədi qəsəbəsi, Yeni massiv ərazisində yaşayan 2005-ci il təvəllüdlü R.Manafova yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun valideynləri ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *