Lənkəranda ağac aşaraq elektrik xətlərini sıradan çıxardı: 3 bina işıqsız qalıb

Lənkəran şəhərində güclü külək səbəbindən binalardan 3-ü işıqsız qalıb.

Median.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Lənkəran şəhərində “1-ci mikrorayon” kimi tanınan ərazidə baş verib. Belə ki, Zərifə Əliyeva küçəsi 78/18 ünvanında yerləşən binanın qarşısındakı iri gövdəli çinar ağacı güclü külək səbəbindən aşıb. Oradan keçən 2 işıq dirəyinə ziyan dəyib və elektrik xətləri sıradan çıxıb. Nəticədə həmin küçədə yerləşən 18, 19 və 22 saylı binalar işıqsız qalıb.

Hazırda ərazidə fəsadın aradan qaldırılması üçün “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən müvafiq işlər görülür.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *