Xocasəndə minik maşını yolda dayanmış yük maşınına çırpılıb, yaralılar var – FOTO

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, avtoqəza Xocasən qəsəbəsində qeydə alınıb.

“Toyota” markalı minik maşını yolun kənarında dayanmış “MAZ” markalı yük maşınına çırpılıb. Nəticədə 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Yük maşınının sürücüsünün yolun hərəkət zolağında avtomobili saxlayıb getməsi ilə əlaqədar araşdırma aparılır. Yol qaranlıq və yağışlı olduğundan qəza şəraiti yaranıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *