Bakıda şadlıq sarayında 3 nəfəri bıçaqlayan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, noyabrın 1-i saat 22 radələrində 3 nəfərin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ 3-cü polis bölməsinə məlumat daxil olub.

Araşdırma zamanı, Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin zərərçəkmişlərə
bıçaqla xəsarət yetirməsi məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov saxlanılıb.

Xəzər RPİ İstintaq şöbəsində CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *