Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı – FOTO

Ötən gün paytaxt ərazisində əsən güclü külək nəticəsində çox sayda ağac aşıb.

Bu barədə oxu.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Şöbə rəisi bildirib ki, ağaclardan 15-i kökündən qopub:

“Digərlərinin isə budaqları qırılıb. Ağac aşma hadisələri Nəsimi, Yasamal, Səbail, Nərimanov, Nizami və Binəqədi rayonlarında baş verib”.

Orxan Məmmədov əlavə edib ki, dörd maşının üstünə ağac aşıb:

“Bizdə olan məlumata görə, xəsarət alan olmayıb. Yalnız dörd maşının üstünə ağac düşüb”.












Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *