Azərbaycanda uşaqlarına dağ basan anaya cinayət işi açıldı

Daşkəsən rayonunda öz övladlarına qaz sobasında qızdırılmış əşya ilə xəsarətlər yetirən qadına cinayət işi açılıb.

Araşdırmalar nəticəsində Elmira Pavlovaya Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsilə cinayət işi başlanılıb.

Hələlik saxlanılan yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl E.Pavlovanın atası Saday Əlirzayev Daşkəsən Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, qızı azyaşlı övladları – 2010-cu il təvəllüdlü H. və 2012-ci il təvəllüdlü Ə.-yə xəsarət yetirib.

Uşaqlar atasından ayrı yaşayır. Qadın siqaret çəkir və içki audəçisidir.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *