Kürdəmirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb – VİDEO – YENİLƏNİB

Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Median.Az report-a istinadən xəbər verir ki, bunlar – “Mercedes”in sürücüsü, Kürdəmir rayonunun Axtaçı kənd sakini, 1981-ci il təvəllüdlü İslamov Elşən İslam oğlu, həmin kəndin digər sakini, 1981-ci il təvəllüdlü İslamova Türkanə Sahvələd qızı və Mollakənd kənd sakini, 1965-ci il təvəllüdlü Soltanova Zeynəb Nəriman qızıdır.

***

Kürdəmir rayonunda yol qəzası baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə “QAZel” markalı yük maşını toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *