Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, avtoqəza Qaqa Qarayev prospektində qeydə alınıb.

Hadisə zamanı 57 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə “BakuBus” MMC-yə məxsus marşrut avtobusu toqquşub. İlkin məlumata görə, yol qəzası nəticəsində azı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *