Sabunçuda 30 yaşlı kişini avtomobil vurub

Sabunçu rayonunda 30 yaşlı kişini avtomobil vurub.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsi ərazisində yerləşən “Fidan” salonun yaxınlığında qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Babayev Rafael Qurbanəli oğlu yolu keçmək istəyərkən maşın vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *