Xanım sürücü Bakıda ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Bir neçə gün əvvəl paytaxtın H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, yağışlı havada yolayrıcını keçmə qaydasını pozan “Range Rover” markalı avtomobil digər maşınla toqquşub.

Daha sonra yolun kənarındakı dəmir arakəsməyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Məlum olub ki, “Range Rover” markalı avtomobili xanım sürücü idarə edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *