“Müsavat”ın mitinqi təxirə salındı – YENİLƏNİB

“Müsavat” Partiyası noyabrın 10-a təyin edilmiş mitinqi təxirə salıb.

Partiya başqanı Arif Hacılı Trend-ə bildirib ki, onlar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Müsavat” Partiyasına mitinq üçün ayırdığı ərazi ilə razı deyillər.

Qeyd edək ki, BŞİH “Müsavat” Partiyasının müraciətinə baxıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, “Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

* * * * *

Bakı Şəhər İcra Hakimiyyəti “Müsavat”ın mitinqlə bağlı müraciətinə cavab verib.

Oxu.az-ın məlumatına görə, BŞİH-nin cavab məktubu təşkilatçılara təqdim edilib.

Məktubda noyabrın 10-da, saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasında “Müsavat”ın mitinq keçirməsinə razılıq verildiyi qeyd edilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *