Hacıqabulda minik avtomobili aşıb, xəsarət alan var

Hacıqabul rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil aşıb. Hadisə zamanı Sabirabad rayon sakini, 1981-ci il təvəllüdlü Muradov Seymur İbrahim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *