“Maşın” bitdi” – Murad Dadaşov

Xalq artisti Murad Dadaşov “Maşın” realiti-şousunun artıq bitdiyini açıqlayıb.

Median.Az axşam.az-a istinadən xəbər verir ki, şoumen bu haqda “MTV Azərbaycan”a müsahibəsində deyib.

“Maşın”ın tarixi bitdi. Mənim üçün geridə qalmış bir layihədir. Yeni layihələrə başlayıram. İnanmıram yaxın zamanlara qədər bu şou yenidən olsun. “Maşın” bitdi.

Yeni işlərə, nəfəsə ehtiyac var. 2020-ci ilin layihələrini gündəmə gətirəcəyik. Hətta onlardan birində aparıcı da olacam” deyə, Dadaşov söyləyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *