Ucarda bıçaqlanma olub

Ucarda bıçaqlanma olub.

Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında şəhərin “20 yanvar” küçəsində qeydə alınıb.

Rayon sakini Nazim Əbil oğlu Səfərovla Abbas Malik oğlu Fərzəliyev arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib. N. Səfərov A. Fərzəliyevə 4 bıçaq zərbəsi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *