Ağcabədidə gənc oğlan öldürülüb

Agcabədi rayonunda qətl hadisəsi törədilib.

Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, rayon sakini Cavid Quliyev ad günü münasibətilə keçirilən məclisdə dostu Kərim Sultanovu bıçaqlayıb.

Bir neçə bıçaq xəsarəti alan K.Sultanov rayon mərkəzi xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *