Ağstafda 7 yaşlı uşaq atdan yıxılaraq xəsarət alıb

Ağstafada 7 yaşlı uşağı ehtiyatsızlıqdan xəsarət alıb.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun dağlıq ərazisində qeydə alınıb.

2012-ci il təvəllüdlü Eyyubov İlqar Əli oğlu sözügedən ərazidə at minərkən yıxılıb.

Azyaşlı xəstəxanaya yerləşdilib. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *