Şərqi Azərbaycan vilayətində güclü zəlzələ: Ölən və yaralılar var – YENİLƏNİB + FOTO

İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində ölən və yaralananların sayı artıb.

Bununla bağlı “Press TV” məlumat yayıb.

Məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı beşə, yaralıların sayı 120-yə çatıb.

Şərqi Azərbaycan böhran mərkəzinin rəhbəri Mohammad Baker Xonar bildirib ki, zəlzələ bölgəsinə səkkiz xilasetmə briqadası göndərilib.

* * * *

İranın şimal-qərbində 5.9 bal gücündə zəlzələ baş verib.

“Press TV” xəbər verir ki, təbii fəlakət nəticəsində dörd nəfər ölüb, 70 nəfər isə yaralanıb.

5,9 bal gücündə zəlzələ Bakı vaxtı ilə 02:47-də Təbrizdən 156 kilometr aralıqda qeydə alınıb.

Avropa seysmoloqlarının bildirdiyinə görə, zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

İranda baş vermiş zəlzələ Azərbaycanın sərhəd rayonlarında – Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *