Sumqayıtda quşbaz beşmərtəbəli binanın damından yıxılaraq ölüb

Sumqayıtda ölüm hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

Şəhər sakini, 1970-ci il təvəllüdlü Melikov İmran Sədulla oğlu 5 mərtəbəli binanın damına çıxıb. Məlumata görə o, damda göyərçin saxlayırmış. İ.Melikov ehtiyatsız davranıb və nəticədə damdan yerə yıxılıb. O, hadisə yerində keçinib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *