Eldarla Nigar AzTV-də aparıcılıq edəcək

“Eurovision-2011” qalibləri Nigar Camal və Eldar Qasımov yenidən bir araya gəliblər.

Median.Az “Qafqazinfo”ya istinadən bildirir ki, onlar Azərbaycan Televiziyasında (AzTV) aparıcılığa başlayıb. Sənətçilər bundan sonra “Telesəhər” proqramında aparıcılıq edəcək.

Belə ki, ifaçılar hər həftəsonu tamaşaçıların görüşünə gələcək. Onların qonaqları isə şou-biznes, incəsənət və müxtəlif sənət nümayəndələri olacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *