Sumqayıtda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb – FOTO

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, qəza şəhərin Sərvər Bədəlbəyli və Koroğlu küçələrinin kəsişməsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil əks yola çıxıb, ağacı qıraraq digər “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilini sürücüsü xəsarət alıb. Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *