Binəqədi rayonunda evdən külli miqdarda pul və qızıl oğurlayan şəxs tutulub

Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 5000 manat, 2300 dollar, 12000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini B.Qurbanov saxlanılıb.

Cinayətdə iştirak edən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *