Ağstafa sakini bıçaqlanıb

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Dağ Kəsəmən kənd sakini, 1979-cu il təvəllüdlü Orxan Salahov bıçaq xəsarəti ilə yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *