Quldurlar İtaliyaya məxsus gəmiyə hücum etdi

Meksika körfəzində dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib.

Median.Az trend-ə istinadən xəbər verir ki, 7-8 nəfərlik qrup gəmiyə qalxaraq dənizçilərə atəş açıb.

Hadisə nəticəsində 2 dənizçi yaralanıb. Quldurlar gəmini qarət edərək, hadisə yerindən uzaqlaşıb.
İnsidentdən sonra layner Meksikanın hərbi gəmisinin müşayiəti ilə sahilə çatdırılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hücuma məruz qalan gəmidə 35 nəfər olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *